Sosial Iqtisadi Kollecin tələbəsi 2-ci yerə layiq görüldü
Azərbaycan Respublikasının regionlarında və Bakı şəhərində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə yekun vurulub.
UNEC-in nəzdində Sosial-iqtisadi Kollecin “Maliyyə işi” ixtisası üzrə 1-ci kurs tələbəsi Aydan Qubat qızı Ələkbərova müsabiqənin şeir nominası üzrə 2-ci yeri qazanıb.
Bu münasibətlə tələbəmizi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.


