Təhsil Tələbə Krediti Fondu əməkdaşları ilə görüş keçirildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Təhsil Tələbə Krediti Fondu nümayəndələri ilə görüş keçirilib.  Təhsil  Tələbə Krediti Fondunun idarə heyətinin üzvü Tahir Xələfov və Fondun hüquqşünası Aysel Həsənova Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi barədə geniş məlumat veriblər. Təhsil tələbə kreditləri haqqında təqdimatdan sonra məsul şəxslərin və tələbələrin sualları fondun əməkdaşları tərəfindən cavablandırılıb.
6-05-2022, 17:51
up