UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti" gününə həsr olunmuş bilik yarışması keçirilib
“Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti” gününə həsr olunmuş bilik yarışması UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 17.04.2022-ci il tarixində “İnformatika” fənn birləşmə komissiyasının təşəbbüsü ilə 17 may “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti” günü münasibətilə bilik yarışması keçirilmişdir. Yarışmada 62 tələbə iştirak etmişdir. Bilik yarışması tələbələrin informatika və informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə keçirilmişdir. Yarışmanın nəticələrinə əsasən 1-ci yerin qalibi “AS VƏ HT proq. təminatı” ixtisasının II kurs 238 saylı qrup tələbəsi Bayramov Nihat (200 bal), 2-ci yerin qalibi “Bank işi” ixtisasının II kurs 450 saylı qrup tələbəsi İbrahimova Gülnar (187,5 bal), 3-cü yeri qalibləri “Mühasibat uçotu” ixtisasının II kurs 580 saylı qrup tələbəsi Dadaşova Nərmin (167.5 bal) və “AS VƏ HT proq. təminatı” ixtisasının II kurs 239 saylı qrup tələbəsi Nəcəfli Pərvanə (167.5 bal), 4-cü yerin qalibi “Mühasibat uçotu” ixtisasının II kurs 579 saylı qrup tələbəsi Həsənzadə Ləman (162.5 bal) olmuşdur. Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov bildirdi ki, bu əlamətdar günün qeyd olunması internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərmək, İKT-nin inkişafı problemlərinə diqqəti artırmaq məqsədi daşıyır. Sonda direktor qalibləri təbrik edərək onlara təşəkkürnamə təqdim etmişdir.