Kollecdə 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi.

UNEC-in nəzdində Sosial –İqtisdi Kolecdə 27.04.2022-ci il tarixində  28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan  kollecin direktoru, pedaqoji elmlər  doktoru Vidadi Orucov çıxışında qeyd etdi ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının türk-müsəlman dünyasında demokratik və çağdaş dəyərlərin, insan hüquq və azadlıqlarının, eləcə də dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğuna böyük stimul olduğunu diqqətə çatdırdı. 
“İctimai Fənlər” FBK-nın sədri Qələndər Muxtarlı çıxışında bildirdi ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. 
 Daha sonra tədbirdə tələbələrin  hazırladıqları çıxışlar dinlənildi. Tədbirdə həmçinin 28 May - Respublika Gününə həsr edilmiş videoçarx nümayiş olundu.
27-05-2022, 15:26
up