Pedaqoji Şuranın iclası keçirilib

 01 iyun 2022-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Pedaqoji Şuranın iclası keçirilib. İclasda yaz semestrinin imtahan sessiyasına və dövlət attestasiyasına hazırlıq işləri, açıq dərslərin və qarşılıqlı dərs dinləmələrinin yerinə yetirilməsi haqqında müzakirə olunub.

Тədris işləri üzrə direktor müavini Sabir Süleymanov çıxış edərək yaz semestrinin imtahan sessiyasına və dövlət attestasiyasına hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.

Metodiki kabinetin müdiri Faiq Xalıqov çıxış edərək açıq dərslərin və qarşılıqlı dərs dinləmələrinin yerinə yetirilməsi ilə bağlı Şura üzvlərinə məlumat verdi.

Kollecin “Dil və ədəbiyyat ” və “Ümumtəhsil Fənn Birləşməsi Kabinetinin müdirləri Hicran Manafova və Azad Quliyev yaz semestrində gördükləri işlər barədə məruzə ilə çıxış etdilər.

Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək yaz imtahan sessiyasının və dövlət attestasiyasının tam şəffaf,obyektiv keçirilməsi üçün tapşırıqlarını verdi.

Pedaqoji Şuranın iclasında UNEC rektorunun Kolleclər  üzrə məsləhətçisi Nuru Mikayılov da iştirak edirdi.

 

 

 

1-06-2022, 12:08
up