06 iyun 2022-ci il tarixində UNEC-in nəzdində Sosial- İqtisadi Kollecin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alan 319 saylı qrupun tələbələri istehsalat təcrübəsinin başa çatması ilə əlaqədar olaraq yekun təqdimat mərasimi keçirdilər.
Təqdimat mərasimində tələbələrin istehsalat təcrübəsinə rəhbərlik edən Milli Arxiv İdarəsinin nümayəndəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinin “Arxiv fondlarının mühafizəsi və uçotu” şöbəsinin müdiri Nərgiz Telman qızı Babayeva iştirak etmişdir.
Tələbələr tədbirdə arxivin yaranma tarixi haqda məlumat verərək Milli Arxiv İdarəsində “Sənədlərin mühafizəsi və uçotu”, “Sənədlərin nəşri və istifadəsi” şöbələrinin iş prinsiplərindən, “Xüsusi fondlar” şöbəsinin fəaliyyətindən bəhs edən videoçarxları nümayiş etdirdilər.
Tələbələrə istehsalat təcrübəsində fəal iştirak etdiklərinə görə Azərbaycan Respublikasının Dövlət Arxivinin rəhbərliyi tərəfindən yazılı təşəkkürnamə elan edilmişdir.