Sosial İqtisadi Kollecdə maarifləndirici tədbir kecirilib

22 fevral 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il üzrə İş Planı" na uyğyn olaraq UNEC nəzdində Sosial İqtisadi Kollecdə maarifləndirici tədbir kecirilib.

Tədbir "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 6.2-ci bəndinə həsr olunub.

UNEC nəzdində Sosial İqtisadi Kollecin “Kargüzarlıq və sosial iş” FBK-nın müəllimi Nuşabə İsmayılovanın təşkilatcılığı ilə baş tutan tədbirdə Planın 6.2 bəndinin icrası ilə bağlı ətraflı məlumat verilib və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı görülən işlərdən danışılıb.

Daha sonra N.İsmayılova qeyd edib ki, ölkəmizdə inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalət prinsiplərinə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına maneçilik törədir. Korrupsiya tarix boyu bütün cəmiyyətlərin üzləşdiyi əsas problemlərdən olmuşdur və bu gün də dünya ölkələrində aktual problemlərdən biri olaraq qalır. Korrupsiyaya qarşı mübarizənin intensiv və davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir tələblərə uyğun effektiv mexanizmlərin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.

1-10-2025, 12:48
up