20 qrupda imtahan keçirilib

10.01.2022-ci il tarixdə UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilib.
20 qrupda təşkil olunan imtahanlarda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət olunur.













10-01-2022, 13:11
up