İqlim dəyişikliyi ilə mübarizəyədə hamı səfərbər olmalıdır
Ölkəmiz noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycan ev sahibliyi edəcək. Bu mövzuda UNEC-in nəzdində Sosial İqtisad Kollecində tələbələrə maarifləndirici məlumatlar verilmişdir. Müəllimlər qeyd etmişdirlər ki,ölkəmiz bu irimiqyaslı beynəlxalq tədbirə hal-hazırda yüksək səviyyədə hazırlaşır. Səksən mindən çox qonaq – dünya ölkələrinin prezidentləri, baş nazirləri, digər rəsmi şəxslər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana gələrək iqlim dəyişikliyi ilə bağlı məsələləri ətraflı müzakirə edəcəklər. Hansı ki, bu müzakirələrdə veriləcək qərarlar planetimizin gələcəyinə birbaşa təsir edəcək.
Qeyd edək ki,C OP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in plenar iclasında verilib. Bu qərarın qəbulu neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə səylərinin, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha göstərir. Bir sözlə, Azərbaycanın dünyanın ən böyük tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.