UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2022-2025-ci illər Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tələbələrlə maarifləndirici görüşlər təşkil olunmuşdur.
Kollecin psixoloqu Xalidə Kərimovanın təşkilatcılığı ilə kecirilən görüşlərdə qeyd olunub ki, 1995-ci il sentyabr ayında BMT çərçivəsində keçirilmiş IV Ümumdünya Qadınlar Konfransı qadın hüquq və azadlıqlarının təmin edilməsi, gender bərabərliyi sahəsində dünya ölkələri qarşısında həlli vacib sayılan ciddi strateji vəzifələr qoydu. Azərbaycanda bu çağırışlardan irəli gələrək ilk növbədə hüquqi bazanın formalaşdırılması və bunun əsasında mövcud vəziyyətin dəyişdirilməsi istiqamətində əməli tədbirlər həyata keçirildi. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu, 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının ratifikasiyası, 2000-ci ildə Qadın problemləri üzrə Milli Fəaliyyət Planının, 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların və bir sıra normativ xarakterli aktların qəbulu ölkəmizdə qadın hüquqları və gender siyasətinin hüquqi əsaslarının formalaşdırılmasına zəmin yaratdı.
Gender bərabərliyinin təmin edilməsi sahəsində icra mexanizmlərinin daha da dəqiqləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi haqqında” Qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilmişdir.
Təhsil hüquqlarının həyata keçirilməsində bərabər imkanların təmin edilməsinə görə dövlət kişi və qadınların təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edilir. Bu o deməkdir ki, mülkiyyət növündən asılı olmayaraq, bütün təhsil müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində bərabər imkanlar yaradılırr.
Qanunda həmçinin dərsliklərin gender bərabərliyi prinsipinə əsaslanması ilə bağlı tələb vardır. Dayanıqlı İnkişaf Məqsədlərinin təhsillə bağlı olan 4-cü məqsədində 2030-cu ilədək bütün qızların və oğlanların, qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almalarını təmin etmək hədəfə alınıb. Tədqiqatçıların fikrincə təhsil sahəsində gender bərabərsizliyinin aradan qaldırılması dünyada yoxsulluğun azaldılmasına imkan yaradacaq əsas faktorlardan biridir. Təhsildəki bərabərsizliyin aradan qaldırılması cəmiyyətdə bir çox problemlərin həllinə şərait yaradır.Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində bu məsələlərə xüsusi diqqət yetirilir. Qızların təhsil hüququnun həyata keçirilməsinə bir çox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərdir.Nəticədə dünyada məktəbə getməyən uşaqların ən çoxunu, yəni üçdən ikisini (66,3%) qızlar təşkil edir. Azərbaycanda qadınların təhsil göstəriciləri yüksəkdir. Belə ki son əhalinin siyahıya alınması göstəricilərinə əsasən ölkədə 20-54 yaş arasında olan qadınların 76,8%-i tam orta təhsilə, 11,7%-i orta ixtisas təhsilinə, 12,5%-i ali təhsilə, 6,9%-i ümumi orta təhsilə, 1%-i isə ibtidai təhsilə malikdir. 15 yaşdan yuxarı olan qadınlar arasında təhsil göstəricisi 99,7%-dir.
Ali təhsil müəssisələrinə qəbul olmuş oğlan və qızların dinamikası üzrə göstəricilərə əsasən demək olar ki, qızlar üstünlük təşkil edir. Qeyd etmək lazımdır ki, ölkədə gedən sosial-iqtisadi dəyişikliklər qadınların texniki və iqtisadi sahələrə daxil olmasında ciddi irəliləyişlə nəticələndi. Eyni zamanda qızların ixtisas, peşə seçiminə münasibət də dəyişmişdir. Hazırda iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızların sayının ilbəil artdığı müşahidə olunur. Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin tələbələrinin tərkibində “iqtisadiyyat və idarəetmə” ixtisas qrupunda qızların sayı son 8 ildə 8.5 dəfə, “texniki və texnoloji” ixtisaslar qrupunda isə 6.6 dəfə artıb. Məşğulluqda, iqtisadiyyat növləri üzrə 2005-ci ildə 4328 qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2016-ci ildə onların sayı 8278 nəfərə çatmışdır. Və ya 2005-ci ildə peşə, elmi və texniki fəaliyyəti ilə 14 811 qadın məşğul olurdusa, 2019-cu ildə 25 032 olmuşdur. Ölkədə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavr səviyyəsində təhsil alan qızların sayı 9 minə yaxınlaşır. Bu ixtisas üzrə magistratura sahəsində təhsilini davam etdirən qızların sayı 2 minə çatır. 2019/2020-ci tədris ili üzrə isə artaraq 3000 minə yaxınlaşmışdır. Azərbaycan Hökumətinin təhsil siyasətində qadınların təhsilin bütün pillə və səviyyələrində fəal iştirakı və karyera inkişafı əsas prioritetlərdən biridir. Lakin təhsil sahəsində çalışan işçilərin 80%- Gender bərabərliyinin sahələr üzrə təmin edilməsi 39 dən çoxunu qadınlar təşkil etdiyi halda təhsilin idarə olunmasında, o cümlədən rəhbər vəzifələrdə bu yüksək göstərici saxlanılmır. Göründüyü kimi təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir və bu,əsasən bütün səviyyələrdə özünü göstərir.



