UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “Sağlam həyat tərzi” mövzusu üzrə tələbələr üçün psixoloq Xalidə Kərimova seminar təşkil etdi. Məqsəd qrup tələbələrinə sağlam həyat tərzinin əhəmiyyətini vurğulamaq və onları bu barədə məlumatlandırmaqdır. Seminarlarda sağlam həyat tərzi, onun insanın fiziki və psixoloji sağlamlığını qorumaq üçün düzgün qidalanması, stressin idarə edilməsi, müntəzəm istirahət və s. kimi amilləri nəzərə alan həyat şəraitinin vacibliyi vurğuladı.
Bundan başqa sağlam həyat tərzinin düzgün qidalanma ilə bağlı olduğu, fiziki aktivlik, sağlam yuxu vərdişləri, yuxu rejimini qorumaq, mobil telefon, kompüter və digər ekranlardan aşırı istifadə etməmək haqda da tələbələrə məlumat verdi. Həmçinin stressin idarə edilməsinin də sağlam həyat tərzinə müsbət təsir göstərdiyini qeyd etdi. Sonda stressdən azad olmanın üsulları haqda da tələbələr məlumatlandırıldı.