Sosial-İqtisadi Kollecdə “Məzun Günü”qeyd edildi

Mayın 31-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Məzun Günü” qeyd edildi. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. 
Tədbiri kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov açaraq  tələbələri, onların valideyinlərini “Məzun Günü” münasibəti ilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. 
Kollecin “Mühasibat Uçotu” şöbəsinin müdiri Şahgül Qardaşəliyev, “Bank işi” şöbəsinin müdiri Cahid Gülalıyev çıxış edərək məzunlara uğurlar arzuladılar.
“Məzun Günü” bədii hissə ilə davam etdi.
YOLUNUZ ACIQ  OLSUN ƏZİZ MƏZUNLAR!

1-06-2023, 23:34
up