“Mən Azərbaycanlıyam!”adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
17 may 2023-cü il tarixində Sabunçu Gənclər Evində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər evinin birgə təşkilatçılığı ilə keçirilən “Mən Azərbaycanlıyam!” adlı inşa yazı müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirdi. Daha sonra UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru p.e.d. Vidadi Orucov çıxış edərək qeyd etdi ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır və Ulu öndər Heydər Əliyevin başladığı quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlmiş daxili və xarici siyasəti bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin tədris işləri üzrə direktor müavini Xanım Məmmədova isə çıxışında milli dövlətçiliyimizin və müstəqilliyimizin banisi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən söz açaraq Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə,dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan bir fenomen olduğunu qeyd etdi.
Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər evinin diplomları ilə təltif olundular. Sonda şeir və mahnı ilə çıxış edərək qalibləri təbrik edən Kollecin tələbələri Aydan Ələkbərova və Nigar Həsənli də təşəkkürnamə ilə təltif olundular.





