"Heydər Əliyev Azərbaycanı yaşıllıqlar diyarına çevirdi”

UNEC-in nəzdində Sosial İqtisad Kollecdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirildi. Kollecin müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək bildirdi ki, Azərbaycan gənci üçün Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq böyük iftixar mənbəyidir və Ulu Öndərin apardığı çətin və şərəfli mübarizə, həyata keçirdiyi müdrik siyasət dövlətçiliyin qurulmasına, qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edib. Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub.

“Biz bu gün şahidi oluruq ki, Prezident İlham Əliyev Azərbaycanı bütün istiqamətlərdə inkişaf etdirib, dünya siyasətində yerini möhkəmləndirib və müstəqil Azərbaycan Respublikası Ulu Öndərin ideyaları işığında Prezident İlham Əliyevin liderliyində sabaha inamla irəliləyir. Həmin qətiyyətin, siyasi iradənin dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini və Vətən müharibəsində 30 ilin işğalına son qoymağın böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsidir”.

Sonra UNEC-in nəzdində Sosial İqtisadi Kollecin fəal tələbələrinə diplomlar təqdim edildi.

Tədbirdə ulu öndərin möhtəşəm fəaliyyətindən bəhs edən “Heydər Əliyev Azərbaycanı yaşıllıqlar diyarına çevirdi” adlı sənədli filmə baxıldı. Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalarla tədbir davam etdirildi.

Sonda  videoçarx  nümayiş olundu.


10-05-2024, 03:02
up