“Yaşıllıqları qoruyaq” adlı açıq dərslər keçirilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu  sessiyası - COP-29 və Azərbaycan Respublikasında 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq qiyabi şöbə üzrə bütün qruplarda  “Yaşıllıqları qoruyaq” adlı açıq dərslər keçirilib.

Dərslərdədə tələbələrin nəzərinə çatdırılıb ki, respublikamızın hər yerində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kollecimizdə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər keçirilir.  

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP-29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi kimi təqdim olunub. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. 

Dərslərdə COP29-un ölkəmizdə keçirilməsinə dair qərarın həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirildiyi qeyd edilib və bildirilib ki, bu tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Belə ki, bunun çox böyük iqtisadi əhəmiyyəti var. BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.



14-06-2024, 03:16
up