UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP-29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Ətraf mühiti qoruyaq” adlı iməcilik keçirilib.
İməcilikdə Kollecin kollektivi Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri ilə birlikdə rayon ərazisində və Kollecin ərazisində təmizlik işlərinə kömək edərək parkda olan tullantıları toplamış, ağaclara su vermiş və qurumuş ağacların budama işlərində yaxından kömək etmişdilər.