Şəhid Elşən Cahangir oğlu İbrahimov


Şəhid Elşən Cahangir oğlu İbrahimov

İbrahimov Elşən Cahangir oğlu 2002-ci il mart ayının 27-də Şəki şəhərində anadan olub. 2008-ildə Şəki şəhəri 11 nömrəli tam orta məktəbin birinci sinfinə gedən Elşən İbrahimov 2019-cu ildə məzun olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin “Bank işi ixtisasına qəbul olunsa da daha sonra təhsil ocağını dəyişərək tələbəliyini davam etdirib.

Elşən İbrahimov  2020-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Qələbə ilə nəticələnən 44 günlük II Qarabağ müharibəsində iştirak edib. Elşən oktyabrın 4-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid adını alıb. Vətənimizin mərd oğlu doğulub boya-başa çatdığı Şəki şəhərində dəfn edilib.

Misilsiz fədakarlığına görə şəhid Elşən ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

13-10-2023, 17:00
up