UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “İqlim dəyşikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyəti” adlı Dəyirmi Masa keçirilib.
Kollecin metodisi Səbinə Rəhimovanın təşkilatçılığı ilə keçirilən Dəyirmi Masada tələbələrə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP-29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışılıb. O, bildirib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mötəbər tədbirlərindən olan COP-29-a yekdil qərarla ev sahibi seçilməsi həm respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması, həmçinin, bizim ətraf mühitə münasibətimizdən asılıdır. Yaşıl iqtisadiyyata keçmək üçün yaşıl təfəkkürün formalaşması vacib şərtdir. Təbiəti qorumaq üçün hamılıqla bu amal uğrunda birləşməliyik.
Sonda Dəyirmi Masada “İqlim dəyşikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyəti” mövzusunda müzakirələr aparılıb.