20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirildi

Elm və Təhsil Nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.

Kollecin müəllimləri Nahidə Abbasova,Nazilə Mövsümova,Nərmin Əliyeva və s. tələbələrə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs ediblər.

Ənənəvi olaraq, 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ərəfəsində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin pedaqoji kollekti və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

19-01-2024, 02:57
up