Kollecdə 2 fevral- Gənclər Günü ilə bağlı görüş keçirildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov  2 fevral-Gənclər Günü ilə bağlı tələbələrlə görüş keçirdi. 
Vidadi Orucov tələbələri Gənclər Günü münasibətilə təbrik edərək bildirdi ki, ölkəmizin uğurla həyata keçirdiyi dövlət siyasətində gənclər siyasəti aparıcı yer tutur. 
Gənc nəslin böyük Zəfərlə bitən 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiq etdiyini bildirən Vidadi Orucov cıxışında qeyd etdi ki, bu gün qələbə sevincindən doğan coşquya şahidlik edən gənclər bu birliyi, bu ruhu hec zaman əldən verməyəcək.
Kollecin tədris işləri üzrə direktor müavini Xanım Məmmədova və sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev,"Mühasibat Ucotu" şöbəsinin müdiri Şahgül Qardaşəliyev gəncləri bayram münasibəti ilə təbrik edərək onlara uğurlar arzuladılar.
Görüşün sonunda kollecin ictimai işlərində fəallıq göstərən tələbələrlə hədiyyələr verildi və xatirə şəkli çəkildi.


2-02-2024, 18:30
up