Direktor qrup rəhbərləri ilə görüşdü

UNEC-in nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov  2024/2025 tədris ilində Ümumi ( 9 illik)  orta təhsil  bazasından qəbul olunmuş tələbələrdən təşkil olunmuş qrupların sinif rəhbərləri ilə görüşü keçirdi.
Görüşdə qruplardakı mövcud vəziyyət, qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparıldı.
Tələbələrin dərsə davamiyyət davranışı, kollec-tələbə-valideyn münasibətləri, tələbələrin sosial aktivliyinin təmin edilməsi və s. vacib məsələlərlə bağlı rəhbərlik qrup rəhbərlərinə tövsiyə və tapşırıqlarını verdi.

10-10-2024, 11:00
up