Sabunçu rayon icra hakimiyyəti başçısının “İdeoloji maarifləndirmə işinin aparılmasına dair” Sərəncamına uyğun olaraq 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərcivəsində UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Qanunvericilik normaları”adlı tədbir keçirildi.
Tədbirdə qeyd olundu ki, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı maarifləndirmə işi ilə əlaqədar artıq xeyli işlər görülmüşdür. Kollecin “Kargüzarlıq və arxiv işi” FBK-nın təşkilatçılığı ilə baş tutan tədbirdə müəllimlər Bənövşə Baxışovanın ““Qanunvericilik” anlayışlar, mənbələr, prinsplər”, Səyyad Əhmədovun “Konstitusiyanın quruluşu”mövzusunda mühazirələri dinlənildi.
UNEC nəzdində Sosial İqtisadi Kollecin 327 qrupunun tələbələri Zeynəb Nəcəfovanın və Zəhra İsmayılovanın, 326-cı qrup tələbəsi Səadət Həsənzadənin və 325-ci qrup tələbəsi Günay Soltanovanın mövzuya uyğun hazırladıqları çıxışları oldu.
Tədbirin təşkilatçısı “Kargüzarlıq və arxiv işi” FBK-nın sədri Eynulla Musayev öz növbəsində çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar qarşıda mühüm vəzifələrin durduğunu söylədi.
UNEC nəzdində Sosial İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev də çıxış edərək 2025-ci il “Konstitusiya və Suverenlik İli” ilə bağlı ölkə başcısının Sərəncamında qeyd etdiyi vacib bir məsələni iştirakçıların diqqətinə çatdıraraq qeyd etdi ki, cənab Ali Baş Komandan bu sərəncamı Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alaraq imzalayıb.