Kollecdə 27 sentyabr-Anım Günü ilə bağlı dəyirmi masa keçirildi

Bu gün UNEC nəzdində Sosial-İqtisadi Kollecdə Metodiki Kabinetin təşkilatçılığı ilə 27 sentyabr-Anım Günü ilə bağlı “Qələbəyə aparan yolun başlanğıcı” adlı dəyirmi masa keçirilib. 

Dəyirmi masada çıxış edən metodist Sveta Behbudova bildirdi ki, 27 Sentyabr Azərbaycan xalqının tarixində hüzn və qürurun bir araya gəldiyi, yaddaşlara dərin iz salan müqəddəs bir gündür. 2020-ci ilin məhz bu günündə Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı və 44 günlük Vətən müharibəsinə start verildi. Ali Baş Komandan İlham Əliyev həmin dövrdə ordumuza rəhbərlik etmiş və qələbəyə aparan yolu idarə etmişdir. Məhz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə işğal altındakı torpaqları azad etmişdir. Bu müharibədə canından keçən hərbçilərimizin xatirəsi hər il 27 sentyabrda “Anım Günü” kimi yad edilir.  Bu savaş Azərbaycanın tarixinə Zəfər müharibəsi kimi düşdü. 

Anım Günü  təkcə hüzn deyil, həm də xalqımızın gücünü, birliyini və sarsılmaz iradəsini göstərən gündür. Bu gün biz şəhidlərimizin bizə miras qoyduğu torpaqlara sahib çıxmaqla yanaşı, onların ruhunu yaşadırıq. Biz əminik ki, şəhidlər unudulmur və unudulmayacaq. Onların qəhrəmanlığı gələcək nəsillər üçün daim örnək olacaq. 

Sonda mövzu ətrafında müzakirələr aparıldı.


25-09-2025, 03:52
up