Sosial-İqtisadi Kollecin “Zəfər-44” komandası I yeri qazandı

2025-ci il "Konstitusiya və suverenlik" və 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar olaraq təsdiq olunan Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin idman zalında “Zəfər təntənəsi” adlı voleybol turniri keçirilib.

Turnirdə 6 komanda iştirak edib.Bakı Gənclər Mərkəzinin 2, UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin 1, Sabunçu rayonunun müxtəlif könüllü təşkilatlarından 3 komanda iştirak edib.

Açılış mərasimində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov çıxış edərək iştirakçılara uğurlar arzulayaraq belə bir turnirin məhz Zəfər Gününün beşinci ildönümünə həsr olunduğu üçün qürur duyduğunu bildirib.

Gərgin keçən turnirdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Zəfər-44” komandası I yeri tutmuşdur.

Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. I, II və III yerlərin qaliblərinə hədiyyələr, çempion komandaya kubok təqdim olunub. 

Turnirdə oyunların idarə olunmasında səmərəli fəaliyyətinə görə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin fiziki tərbiyə rəhbəri Eldəniz Əbdülova “Təşəkkürnamə” təqdim edilib.





Dünən, 22:18
up