“Birgə təşəbbüslər və davamlı gələcək” mövzusunda Dəyirmi Masa keçirildi

Bu gün UNEC nəzdində Sosial İqtisadi Kollecdə “İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə” ilə əlaqədar “Birgə təşəbbüslər və davamlı gələcək” mövzusunda dəyirmi masa keçirilib. Metodiki Kabinetin təşkilatçılığı ilə təşkil edilmiş dəyirmi masada çıxış edən metodist Səbinə Rəhimova bildirdi ki, COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. 2024-cü il Azərbaycanda "Yaşıl iqtisadiyyat ili" elan olunması ilə əlaqəfar olaraq ölkəmizin ekoloji davamlılığını artırmaq, enerji effektivliyini yüksəltmək və bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək üçün mühüm addımlar atılmışıdr. Son illərdə dünya üzrə ekoloji problemlərin artması və iqlim dəyişikliyinin təsirlərinin daha qabarıq şəkildə hiss olunması dövlətlərarası davamlı inkişaf axtarışı üçün birgə fəaliyyət göstərməyə sövq edir.
Azərbaycanın yaşıl iqtisadiyyat istiqamətində həyata keçirdiyi tədbirləri, bərpa olunan enerji potensialını, enerji effektivliyinin artırılması və tullantıların idarə edilməsi üzrə bir sıra strategiyası var. 2024-cü ilin "Yaşıl iqtisadiyyat ili" elan olunması ilə ölkəmiz enerji effektivliyinin artırılması istiqamətində ciddi təşəbbüslər və beynəlxalq tədbirlər həyata keçirməyə başlamışdır. Bunlardan ən önəmlisi COP29 konfransıdır. Konfransın əsas məqsədi qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etmək prezident İlham Əliyevin davamlı qələbəsidir.
Daha sonra Kollecin metodisti Sveta Behbudova çıxış edərək bildirdi ki, Azərbaycanın coğrafi müxtəlifliyi ölkədə bir çox növ bərpa olunan enerji mənbəyinin inkişaf etdirilməsi üçün əlverişli şətraitə malikdir. Bərpa olunan enerji layihələri yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq miqyasda da diqqət çəkir və bu layihələrin bir çoxu xarici investorların və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilir. Misal olaraq, Asiya İnkişaf Bankı və Dünya Bankı kimi beynəlxalq maliyyə qurumları ilə birlikdə maliyyələşdirilən bərpa olunan enerji layihələri qeyd edilə bilər. Bu layihələrdən biri Qaradağ rayonunda həyata keçirilən Qaradağ Günəş Elektrik Stansiyasıdır. COP29 konfrans isə 2024-cü ilin 11-24 noyabr tarixlərində Ölkəmizin dövlət başçısının  işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan etməsi bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Dəyirmi Masanın sonunda “Birgə təşəbbüslər və davamlı gələcək” mövzusunda müzakirələr aparıldı.

24-10-2024, 11:32
up