“Yeni nəsil rəqəmsal imza” adlı tədbir kecirildi
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə birgə fəaliyyət göstərilməsi məqdəsi ilə Fəaliyyət Planının 2.4 Bəndin icrası ilə əlaqədar UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Yeni nəsil rəqəmsal imza” adlı tədbir kecirili.
Kollecin İnsan resusları və informasiya şöbəsinin mudiri Fimar Suleymanova Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza haqqında tədbir iştirakcılarına məlumat verib.
Daha sonra yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olduğunu qeyd edən F.Süleymanova bildirib ki, vətəndaşların istifadəsinə verilmiş SİMA-nın hər kəs üçün əlçatandır.
Tədbirin sonunda kollecin “Karguzarlıq və sosial iş” FBK-nın sədri Eynulla Musayev cıxış edərək qeyd edib ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.